Hindistanda azı 15 nəfər naməlum xəstəlikdən öldü
Dünya
11.09.2024 21:57
Hindistanın qərbindəki Qucarat ştatında
yayılmış naməlum xəstəlikdən azı 15 nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə “The Hindustan
Times” qəzeti yazıb.
“Yerli həkimlərin hələlik dəqiq səbəbini müəyyən edə
bilmədiyi xəstəlik Pakistanla sərhəddə yerləşən Kaç dairəsinin Lakhpat
şəhərində yayılıb. Sentyabrın 3-dən 7-dək xəstəlik 10 nəfərin həyatına son
qoyub. O vaxtdan bəri isə azı daha 5 ölüm faktı qeydə alınıb”, məlumatda
deyilir.
Yerli administrasiyanın nümayəndəsi Amit Arora ölüm
səbəblərini müəyyən etmək üçün ölənlərin analizlərinin Milli Virusologiya
İnstitutuna göndərildiyini və nəticələrin iki gün ərzində gələcəyini söyləyib.
Xəstəliyin yayılması bölgədə tüğyan edən leysan yağışları
və daşqınlarla eyni vaxta təsadüf edib. Bu musson mövsümündə Kaç dairəsində ən
çox yağıntı Qucarata düşüb - təxminən 890 mm və bu, orta göstəricinin 184 %-ni
təşkil edir.
tag: Hindistan, Xəstəlik, Ölüm,Virus, Daşqın,todaypress.az,