Hindistanda avtobus dərəyə aşdı, ölən və yaralananlar var
Dünya
06.01.2025 13:44
Hindistanın Kerala ştatında yanvarın 6-da səhər saatlarında avtobus dərəyə düşüb.
TodayPress xəbər verir ki, bu barədə Hindistanın “The Hindu” qəzeti məlumat yayıb.
Hadisə nəticəsində 32 nəfər xəsarət alıb, daha 4 sərnişin isə ölüb.
Ehtimal olunur ki, qəza əyləc nasazlığı səbəbindən baş verib.
Töhfə Səməd
tag: Hindistan, Qəza, Dərə, Ölüm ,todaypress.az,