Hindistanda atışma: 25 turist öldü
Hindistanın şimalındakı Cammu və Kəşmirdə baş verən atışma nəticəsində 25 turist həlak olub, 20-yə yaxın turist isə yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.
Hakimiyyət orqanları ölən və yaralananların sayını hələ dəqiq açıqlamayıb.
Hadisə bölgəyə gələn qonaqlar arasında məşhur olan Pahalqamda baş verib.
Naməlum silahlı şəxslər Baysaran vadisində turistlərə atəş açıblar.
İnsidentin təfərrüatları araşdırılır.
tag: Hindistan,Atışma,Ölüm,Hadisə,todaypress.az,