Hindistanda 34 nəfər spirtli içkidən zəhərlənib öldü
Hindistanın cənubundakı Tamil Nadu ştatında 34 nəfər spirtli içki qəbul etdikdən sonra ölüb.
TodayPress BBC-ə istinadla xəbər verir ki, hadisə çərşənbə axşamı gecə Kallakuruçi rayonunda baş verib. Rayon sakinləri spirtli içki qəbul etdikdən sonra şiddətli qarın ağrısı, qusma və baş gicəllənmə şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Spirtli içki qəbul edənlərdə başgicəllənmə, baş ağrısı, qusma, ürəkbulanma müşahidə olunub.
Xəstəxanaya çatdırılan 80 nəfərdən 34 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyini ehtimal edirlər.
Səlahiyyətlilər, həmçinin yüksək rütbəli bir polis məmurunun və ştatın xaricə qeyri-qanuni spirtli içkilərin qaçaqmalçılığına nəzarət edən qurumun on üzvünü səhlənkarlığa görə işdən kənarlaşdırıldığını, zəhərli spirtli içki satışı ilə məşğul olan iki nəfərin isə həbs olunduğunu bildiriblər.
GÜNEL
tag: Hindistan, Spirtli içki, Polis məmuru, BBC, todaypress.az,