Hindistanda 130 reys ləğv edildi

Dünya

08.05.2025 13:00

13

Hindistan ordusunun Pakistana qarşı “Sindoor” əməliyyatına başlaması hava nəqliyyatında ciddi fəsadlara səbəb olub. 

TodayPress xəbər verir ki, bu barədə "Indian Express" məlumat yayıb.

Bildirilir ki, Hindistanın şimalında yerləşən Yeni Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanında (IGIA) azı 130 aviareys ləğv edilib.

Belə ki, 65-i gələn, 66-sı isə gedən olmaqla, ümumilikdə 131 reys dayandırılıb. Bu reyslər arasında dörd beynəlxalq uçuş da var. Uçuşları ləğv edən aviaşirkətlərdən biri də "American Airlines" olub.

Türkan İsgəndərli

tag: Hindistan,Pakistan,Təyyarə,Hava,todaypress.az,