Hindistanda 12 nəfər sərnişin qatarının altında qalaraq həlak oldu
Dünya
22.01.2025 21:07
Hindistanın qərbindəki Maharaştra ştatında qatarda baş verən
yanğın şayiəsinin sərnişinlər arasında çaxnaşma yaratmasından sonra 12 nəfər
ölüb. Onlardan
bəziləri vaqonlarından tullanaraq bitişik
relslərdə hərəkət edən başqa bir qatara çırpılıb.
TodayPress
xəbər verir ki, bu barədə yerli administrasiya məlumat
yayıb.
Qəza
Mumbaydan 400 km aralıda baş verib. İlkin məlumata
görə, qatarın vaqonlarından
birinin içərisində qığılcımlar yaranıb və bəzi sərnişinlər panikaya düşüblər.
Onlar təcili
dayandırma zəncirini çəkib, bəziləri isə relslərə tullanıb. Hadisə
anında bitişik
yoldan başqa bir qatarın keçdiyi bildirilir.
Hadisə
yerinə təcili xilasetmə qatarı göndərilib. Polisin verdiyi
məlumata görə qatarla
relslər arasında qalan 12 nəfər həlak olub. Daha bir neçə nəfər isə yaralanıb.
tag: Hindistan, Qatar, Qəza, Vaqon, Hadisə, todaypress.az,