Hindistan Veneraya kosmik gəmi göndərəcək
Dünya
21.09.2024 16:50
Hindistan Veneraya kosmik gəmi göndərilməsi və orbital stansiyanın ilk modulunun yaradılması da daxil olmaqla dörd böyük kosmik layihəni təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə Hindistanın “NDTV” telekanalı məlumat yayıb.
Bildirilir ki, milli kosmik proqramın yeni mərhələləri üçün 2,7 milyard dollar ayrılacaq.
Veneranın tədqiqi missiyası və özünün kosmik bazasının tikintisi ilə yanaşı, vəsait “Chandrayaan-4” layihəsi çərçivəsində Ayın tədqiqinin davam etdirilməsi üçün istifadə olunacaq.
Plana görə, “Chandrayaan-4” iki LVM-3 raketindən istifadə edərək dörd modulun buraxılmasını əhatə edən kompleks layihə olacaq.
Qeyd olunub ki, Veneranı müşahidə etmək üçün Şukrayan aparatının işə salınması 2028-ci ildə baş tutacaq.
Günəş Mərd
tag: Venera, Kosmik ,Hindistan ,Chandrayaan-4,LVM-3 ,todaypress.az,