Hindistan və Pakistan ən böyük hava döyüşünü etdi

Dünya

08.05.2025 12:20

11

Hindistan və Pakistan sərhədində müasir aviasiya tarixinin ən böyük hava döyüşlərindən biri baş verib. 

TodayPress xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilir ki, beş Hindistan təyyarəsinin vurulduğu bu qarşıdurma “ən uzun və genişmiqyaslı hava döyüşlərindən biri” hesab olunur.

Cəmi 125 qırıcı təyyarə bir saatdan çox müddət ərzində döyüşüb. Heç bir tərəf hava məkanını tərk etməyib və raket mübadiləsi 160 kilometrdən artıq məsafədən aparılıb.

Mayın 6-da Hindistan isə “Sindoor əməliyyatı” çərçivəsində Pakistana zərbələr endirib. Hindistan bu əməliyyatın yalnız terrorçuların düşərgələrinə qarşı yönəldiyini bildirib.

Türkan İsgəndərli

tag: Hindistan,Pakistan,Kəşmir,Hava hücumu,todaypress.az,