Hindistan və Pakistan arasındakı döyüş tarixə düşdü

Dünya

08.05.2025 20:15

12

Müasir aviasiya tarixində ən böyük və ən uzun döyüşlərdən biri Hindistan və Pakistan arasında baş verib. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Nəşr bildirir ki, iki ölkənin qırıcıları arasında baş verən toqquşmada beş Hindistan təyyarəsi vurulub. Bir saatdan çox davam edən döyüşdə ümumilikdə 125 döyüşçü iştirak edib. Münaqişə tərəflərindən heç biri öz ölkəsinin hava məkanını tərk etməyib.   

Mənbələr raket mübadiləsinin bəzən 160 kilometri keçən məsafələrdə baş verdiyini bildirir.

tag: Aviasiya,Hindistan,Pakistan,todaypress.az,