Hindistan və Pakistan arasında hərbi danışıqlar təxirə salındı
Hindistan və Pakistan arasında hərbi əməliyyatlara rəhbərlik edən komandirlər səviyyəsində keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” agentliyi Hindistan Silahlı Qüvvələrinə istinadla məlumat yayıb.
Danışıqlar mayın 12-də Hindistan vaxtı ilə günorta saatlarında telefon əlaqəsi vasitəsilə baş tutmalı idi. Görüş barədə hələ mayın 10-da Hindistan Xarici İşlər Nazirliyi məlumat vermiş və iki ölkə arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlamışdı.
Məlumata görə, danışıqlar axşam saatlarına keçirilib.
Qiymət Mahir
tag: Hindistan ,Pakistan ,Danışıq,Hindistan XİN,todaypress.az,