Hindistan vasitəçilikdən imtina etdi

Dünya

19.08.2024 20:33

Hindistan Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmaqdan imtina edib.

TodayPress xəbər verir ki, bu barədə “Hindistan Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Hindistan Rusiya və Ukrayna arasında birbaşa vasitəçi ola bilməyəcəyini, lakin iki ölkə arasında mesajların ötürülməsinə kömək edə biləcəyini açıqlayıb.

Hindistanın baş naziri Narendra Modinin avqustun 23-də Kiyevə gözlənilən səfərində Dehli Moskva və Kiyev arasında siqnalların ötürülməsinə töhfə verəcəyini vurğulayıb.

Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyi Modinin Ukrayna və Polşaya səfər edəcəyini birdirib. Nazirlik həmçinin baş nazirin səfərlərinin təfərrüatlarını açıqlayacaq mətbuat konfransı keçirəcəyini vurğulayıb.

Aytac Müşfiq

tag: Hindistan, Ukrayna, Dehli, Rusiya, todaypress.az,