Hindistan Ukraynada sülh üçün yeni vasitəçi olmağı təklif etdi
Hindistanın baş naziri Narendra Modi avqustda Ukraynaya planlaşdırılan səfəri zamanı Ukrayna münaqişəsinin həllində Dehlinin vasitəçiliyini təklif edəcək.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Hindistanın Rusiya ilə çoxillik dostluq əlaqələri var, baş nazirin isə prezident Vladimir Putinlə yaxşı münasibətləri var. Hindistanın eyni zamanda Ukrayna ilə də yaxşı münasibətləri mövcuddur. Hər iki tərəf Hindistana etibar edir. Hindistan dəfələrlə münaqişənin həllinə kömək etməyə hazır olduğunu bildirib. Lakin bu, yalnız hər iki tərəfin razılığı ilə mümkündür" deyə məlumatda bildirilib.
Qeyd edək ki, xarici mənbələrin yaydığı informasiyaya əsasən, baş nazirin Ukraynaya səfəri avqustun üçüncü həftəsində, ayın 23-də baş tuta bilər.
Töhfə Səməd
tag: Hindistan, Ukrayna, Sülh, Narendra Modi, Dehli, todaypress.az,