Hindistan Ukrayna məsələsində vasitəçi ola bilər
Dünya
24.08.2024 09:55
“Hindistan Ukraynadakı silahlı münaqişənin həllində vasitəçi rolunu oynaya bilər”.
TodayPress xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkelin keçmiş hərbi müşaviri general Erix Vad Hindistanın Baş naziri Narendra Modinin Kiyevə səfərini şərh edərkən bildirib.
“Hindistan Almaniyadan və onun dəyərlərə əsaslanan xarici siyasətindən fərqli olaraq, Ukraynadakı müharibədə mümkün və vacib vasitəçi ola bilər” deyə vurğulayıb.
Eyni zamanda o qeyd edib ki, Hindistan həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərdə eyni dərəcədə maraqlıdır. Bu səbəbdən Hindistanın Baş naziri iyulun əvvəlində Moskvaya, sonra isə Kiyevə səfər edib.
Günəş Mərd
tag: Ukrayna,Hindistan,Vasitəçi,Narendra Modi,Kiyev,Səfər,todaypress.az,