Hindistan Rusiya ilə bağlı tənqidlərə cavab verdi
Dünya
26.07.2024 15:43
Yeni Dehli Qərb tərəfdaşlarını qlobal səhnədə digər xalqlarla münasibətlərdə ölkələrin seçim azadlığına malik olmasını təmin edən çoxqütblülük reallıqlarını qiymətləndirməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “RT News” məlumat yayıb.
Baş nazir Narendra Modinin Moskvaya son səfəri ilə bağlı Vaşinqtonun tənqidinə cavab verən Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Yeni Dehli Rusiya ilə qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əlaqələrə malikdir.
Qeyd edək ki, Hindistan BMT-nin Ukrayna münaqişəsinə görə Rusiyanı pisləyən qətnamələrindən imtina edib və Moskva ilə ikitərəfli ticarət əlaqələrini genişləndirib.
Töhfə Səməd
tag: Hindistan, Rusiya, Qərb, Tənqid, Moskva, todaypress.az,