Hindistan Pakistana hücuma keçdi: 3 ölü, 12 yaralı - Yeniləndi

Dünya

07.05.2025 01:30

34

Hindistanın beş şəhərə raket hücumları nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

TodayPress xəbər verir ki, bu haqda hərbi mənbələrə istinadən “Geo TV” məlumat yayıb. 

***

00:57

Hindistan ordusu Pakistanın üç şəhərini raket atəşinə tutub.

TodayPress xəbər verir ki, bu barədə “ARY News”a açıqlamasında Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.

Generalın sözlərinə görə, hücumlar Pəncab əyalətindəki Bahavalpur və Azad Kəşmirin Kotli ilə Müzəffərabad şəhərlərini hədəfə alıb. Hazırda raket zərbələrinin nəticələri və dəymiş ziyanın həcmi araşdırılır.

Əhməd Şərif Çaudri Hindistanın bu təxribatını “xain hücum” adlandıraraq, cavabsız qalmayacağını bildirib.

Bununla paralel Hindistan Silahlı Qüvvələri də açıqlama yayaraq, “Sindoor əməliyyatı” çərçivəsində Pakistanın nəzarətində olan Cammu və Kəşmirdəki terrorçulara məxsus infrastrukturun hədəf alındığını bəyan edib.

Ordu rəsmiləri əməliyyat zamanı ümumilikdə 9 mövqeyin vurulduğunu, lakin Pakistana məxsus hərbi obyektlərin məqsədli şəkildə hədəfdən kənarda saxlanıldığını qeyd ediblər.

tag: Pakistan,Hindistan,Hücum,Dünya,todaypress.az,