Hindistan Pakistan hökumətinin “X” hesabını blokladı
Hindistan hökuməti aprelin 22-də Cammu və Kəşmirin ittifaq ərazisində baş verən və 26 nəfərin həyatına son qoyan hücumdan sonra Pakistan hökumətinin “X” platformasındakı hesabına girişi bloklayıb.
TodayPress xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Hindistan təhlükəsizlik qüvvələri hadisəni törədən silahlı ekstremistlərin axtarışını davam etdirir.
Hadisənin fonunda Hindistan Pakistanla diplomatik münasibətlərdə də ciddi addımlar atıb.
Belə ki, Hindistan İslamabaddakı səfirliyində çalışan əməkdaşların sayını yarıya endirib, Pakistanın Hindistandakı hərbi müşavirlərini isə “arzuolunmaz şəxs” elan edib.
Eyni zamanda iki ölkə arasındakı “Attari” sərhəd-keçid məntəqəsi bağlanıb və 1960-cı ildən qüvvədə olan Hind çayı suları üzrə razılaşma da dayandırılıb.
Qiymət Mahir
tag: Hindistan,Pakistan,X,Blok,Todaypress.az,