Hindistan İslamabaddakı səfirliyinin əməkdaşlarının sayını iki dəfə azaldır

Dünya

24.04.2025 02:00

6

Hindistan hökuməti İslamabaddakı səfirliyinin və Yeni-Dehlidəki Pakistan diplomatik nümayəndəliyinin əməkdaşlarının sayını demək olar ki, iki dəfə azaldır.

TodayPress xəbər verir ki, bu qərar Cammu və Kəşmirdə baş vermiş terror aktından sonra verilib. Həmin hücum nəticəsində 26 nəfər həlak olub.

Hindistanın xarici işlər nazirinin birinci müavini Vikram Misri bildirib ki, səfirliklərin ümumi heyəti 2025-ci il mayın 1-dək həyata keçiriləcək əlavə azalmalarla 55 nəfərdən 30 nəfərə endiriləcək.

Misri həmçinin bildirib ki, Pakistan vətəndaşlarına Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası (SAARC) çərçivəsində bəzi yüksək vəzifəli şəxslərə verilən xüsusi səfər sənədləri ilə Hindistana daxil olmaq qadağan olunacaq.

“Pakistan vətəndaşlarına SAARC sistemi üzrə daha əvvəl verilmiş bütün vizalar ləğv olunmuş hesab edilir. Hazırda belə viza ilə Hindistanda olan hər bir Pakistan vətəndaşı 48 saat ərzində Hindistanı tərk etməlidir,” deyə hindistanlı diplomat əlavə edib.

tag: Hindistan,İslamabad, Səfirlik,Yeni-Dehlidəki, Pakistan, todaypress.az,