Hindistan Fransadan qırıcı təyyarələr alacaq
Dünya
06.01.2025 16:20
Hindistan Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi yaxın həftələrdə Fransadan 26 ədəd “Rafale Marine” qırıcı təyyarələrinin
və üç ədəd “Scorpene” sinifli sualtı qayığın birgə inşasına dair təklifi nəzərdən keçirməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Hindu” məlumat yayıb.
Əməliyyat məbləğinin on milyard dollardan çox olduğu qeyd edilir.
“İki sövdələşmənin yaxın bir neçə həftə ərzində Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsində təsdiq olunacağı gözlənilir” məlumatda bildirilib.
Xatırladaq ki, Hindistanın baş naziri Narendra Modinin fevralda Parisə səfəri gözlənilir.
Günəş Mərd
tag: Paris,Qayıq ,Hindu,Komitə, todaypress.az,