Hindistan Ermənistanı silahlandırmağa davam edir
Hindistan Ermənistanı
silahlandırmaqda davam edir. Əvvəllər Ermənistana raket kompleksləri, hava
hücumundan müdafiə sistemi və pilotsuz uçuş apartaları satan Hindistan indi isə
snayper tüfəngləri satmağı planlaşdırır. Artıq Hindistanın “SSS Defence” şirkəti
özünün istehsal etdiyi snayper tüfənginin Ermənistana satışı ilə bağlı müqavilə
imzalayıb.
TodayPress Ermənistan
mətbuatına istinadla xəbər verir ki, bu barədə “Indian Defence” məlumat yayıb.
Bildirilir ki, rəsmi Dehli ilk
dəfədir ki, tamamilə Hindistanda dizayn edilmiş və istehsal edilmiş snayper tüfənglərini
xarici ölkəyə ixrac edir.
tag: todaypress.az, Hindistan, Ermənistan, SSS Defence, Tüfəng,