Hindistan bir əldə iki qarpız tutmağa çalışır
Hindistanın Baş naziri Narendra Modi avqustun 23-də Kiyevə səfər edəcək. O, bir ay əvvəl də Moskvada Vladimir Putinlə görüşmüşdü. Görünür Hindistan özünü neytral dövlət kimi göstərməyə çalışır.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” yazı dərc edib.
Modinin 8-9 iyul tarixlərində Rusiyaya səfəri NATO liderlərinin Vaşinqtonda görüşü və Rusiyanın Ukraynadakı xəstəxanaya raket hücumları endirməsi ilə eyni vaxta təsadüf edib. Bu addım, Qərb ölkələrinin, xüsusən də Ukrayna prezidenti Volodimir Zelenskinin tənqidinə səbəb olub. Bildirilib ki, Modinin Putinlə görüşü məyusluqla qarşılanıb və sülhə gedən yolda sarsıdıcı zərbə hesab edilib.
Analitiklərin fikrincə, səfər Yeni Dehlinin xarici siyasətdə balansı qoruduğunu göstərmək məqsədi daşıyır. Lakin bu, Qərbi arxayınlaşdırsa da, Hindistanın Moskva ilə daha yaxın münasibətdə olması həqiqətini dəyişməyəcək.
Xatırladaq ki, Narendra Modi avqustun 21-də Polşada olarkən regionda sülhün tərəfdarı olduğunu bildirmiş və Ukraynada müharibəyə son qoymaq üçün çağırış etmişdi.
Töhfə Səməd
tag: Dehli, Ukrayna, Polşa, Rusiya, Müharibə, todaypress.az,