Hindistan Amazonu rəqabəti pozmaqda ittiham edir
Dünya
15.09.2024 12:01
Hindistan Rəqabət Komissiyası (CCI) Amerikanın Amazon şirkəti və Hindistanın Flipkartını antiinhisar qanunlarını pozmaqda ittiham edib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Normativ sənədlərə əsasən, Flipkart öz məhsullarını yalnız Hindistanın onlayn mağazalarında göstərməyi planlaşdırıb ki, bu da yerli qanunların pozulması deməkdir.
CCI-nın antiinhisar araşdırmaları müəyyən edib ki, Amazon və Flipkart məhsulların qiymətlərini kəskin şəkildə aşağı salmaqla müəyyən satıcılara üstünlük verib və digər şirkətlərə ziyan vurub.
Komissiyanın baş direktoru Şiva Prasad qeyd edib ki, bu şirkətlərin hərəkətləri təkcə azad və ədalətli rəqabət deyil, həm də istehlakçıların maraqlarına ziddir.
Günəş Mərd
tag: Amazon,Hindistan,CCI,Flipkart,Todaypress.az,