Hindistan altı kanadalı diplomatı ölkədən çıxaracaq
Dünya
15.10.2024 05:21
Hindistanın Xarici İşlər Nazirliyi altı kanadalı diplomatın ölkədən çıxarılmasına qərar verib.
TodayPress xəbər verir ki, bununla bağlı məlumat nazirliyin rəsmi internet saytında dərc olunub.
"Hindistan hökuməti
altı kanadalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib. Onlardan 19 oktyabr
2024-cü il, saat 23:59-a qədər Hindistanı tərk etmələri tələb olunur." nazirlik
bildirib.
Mesaja əlavə edilən
adların siyahısına səfir səlahiyyətlərini icra edən Stuart Ross Vheler,
həmçinin onun müavini və dörd birinci katib daxildir.
tag: Hindistan,XİN,Səfir, Diplomat, todaypress.az,