Hindistan ABŞ-yə xəbərdarlıq etdi
“Digər dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərini Hindistan özü müəyyən edir. ABŞ bu seçimə hörmət etməlidir”.
TodayPress, "TASS"a istinadən xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caisval deyib.
O, Vaşinqtonun Hindistanın Baş naziri Narendra Modinin Rusiya səfərindən məyus olması barədə bəyanatını belə şərh edib:
“Amerika Konqresindəki şərhlərə gəlincə, başa düşmək lazımdır ki, Hindistan və Rusiyanın mövcud çoxqütblü dünyada qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əlaqələri var. Çoxqütblü dünyada bütün ölkələrin seçim azadlığı var. Hər kəsin belə reallıqları tanıması və dəyərləndirməsi vacibdir”.
Günəş Mərd
tag: ABŞ, Hindistan, Rusiya, Vaşinqton, Narendra, todaypress.az,