"Heyət Təhrir əş-Şam"ın lideri öldürüldü

Dünya

01.12.2024 14:55

Suriyada son iki gündə Hələbi ələ keçirən, İdlibdə tam nəzarəti bərpa edən "Heyət Təhrir əş-Şam"ın (HTŞ) lideri Əbu Məhəmməd əl-Culaninin öldürülməsi barədə xəbərlər yayılıb.

TodayPress xəbər verir ki, bu barədə bu gün səhər ərəb, İsrail və İran mediası məlumat yayıb.

Qeyd edilib ki, Əbu Məhəmməd ə-Culani Rusiya qırıcılarının İdlib şəhərinə hava zərbəsi zamanı öldürülüb.

HTŞ hələ ki, bu barədə heç bir açıqlama verməyib.

tag: Suriya,Hələbi,İdlib,Heyət Təhrir əş-Şam,Əbu Məhəmməd əl-Culani,todaypress.az,