Həsən Ruhani namizədini açıqladı – Xalqı ona səs verməyə çağırdı

Dünya

27.06.2024 12:20

İranın keçmiş prezidenti Həsən Ruhani iranlıları prezident seçkilərində islahatçı düşərgədən olan namizəd Məsud Pezeşkiana səs verməyə çağırıb.

TodayPress İran mediasına istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib. 

“Bu vətənpərvər insan bizi iqtisadiyyatımıza ziyan vuran sanksiyalardan azad edəcək” deyə sabiq prezident qeyd edib.

Xatırladaq ki, sabah İranda prezident seçkiləri yerli vaxtla 08:00-da başlayacaq. Beş namizəd prezidentlik uğrunda mübarizə aparacaq.

Günəş Mərd

tag: Həsən Ruhani, Xalq, Səsvermə, İran, Prezident, todaypress.az,