Həsən Nəsrullah öldü - İDDİA

Dünya

28.09.2024 14:44

İsrail Müdafiə Ordusu Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb.

TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti bildirib.

Məlumata görə, Həsən Nəsrullah sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutu bombalaması nəticəsində ölüb.

“Hizbullah” hələ ki xəbəri təsdiqləməyib.

tag: İsrail, Livan ,Hizbullah ,Həsən Nəsrullah ,Ölüm ,Beyrut, todaypress.az,