Hərəkat ABŞ-nin bazalarını vuracaqlarını açıqladı
Dünya
05.11.2024 14:18
İraqın “İslami Müqavimət Hərəkatı”nın silahlı dəstələri İsrail və ya ABŞ-nin İrana hücum etmək üçün ölkənin hava məkanından istifadə edəcəyi təqdirdə Amerika hərbi bazalarını vuracaqlarını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” jurnalına “Hizbullah ən-Nucaba”nın lideri Əli əl-Əsədi məlumat verib.
"Əgər amerikalıların İsrailə İraq hava məkanından istifadə etməyə icazə verdiyi sübut olunarsa, biz Amerika bazalarına zərbələrlə cavab verəcəyik" deyə o bildirib.
“Hizbullah ən-Nucaba”nın sözçüsü İsrailin İrana qarşı son hücumu zamanı İraq hava məkanından istifadə edildiyinə dair iddiaların həqiqətə uyğun olmadığını deyib.
Onun sözlərinə görə, İsrail Amerika bazaları üzərində Suriyanın hava məkanından, həmçinin İordaniya və Səudiyyə Ərəbistanının hava məkanından istifadə edib.
Töhfə Səməd
tag: ABŞ, Hərakat, Hizbullah, İran, İsrail, todaypress.az,