Hərbi təlim təyyarəsi qəzaya uğradı – İKİ PİLOT HƏLAK OLDU
Türkiyənin hərbi təlim təyyarəsi hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb. Nəticədə iki pilot həlak olub. Olay Kayseridə baş verib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin baş verdiyi əraziyə xilasedicilər cəlb olunub.
tag: Hərbi, Təyyarə, Hadisə, Təlim, todaypress.az,