HƏMAS yeni tələblərini açıqladı

Dünya

13.06.2024 10:14

2053

HƏMAS girovların azad edilməsi üçün tələblərini irəli sürüb. 

TodayPress xəbər verir ki, bu barədə TASS məlumat yayıb.  

Məlumata görə, HƏMAS İsrail hakimiyyətindən atəşkəslə bağlı zəmanətin verilməsini tələb edib. Eyni zamanda İsrail tərəfi təklif olunan sazişin birinci mərhələsində cəmi altı həftəlik atəşkəs təklif edib. Bu müddət ərzində İsrail və HƏMAS ikinci mərhələnin şərtlərini razılaşdırmalıdırlar ki, burada daimi atəşkəsin əldə edilməsi nəzərdə tutulur.

İsrailin təklifi danışıqları davam etdirmək üçün altı həftəlik atəşkəsin uzadılmasına imkan versə də, HƏMAS müvəqqəti atəşkəsin İsrail tərəfinə hərbi əməliyyatları bərpa etmək və razılaşmanı pozmaq üçün bəhanə tapmağa şərait yaradacağından ehtiyat edir.

tag: HƏMAS, Girov, İsrail, Hakimiyyət, Atəşkəs, todaypress.az,