HƏMAS yeni döyüş meydanları yaratdı

Dünya

05.09.2024 15:06

“HƏMAS yeraltı tunellərdən istifadə etməklə yeni döyüş meydanı yaratmağa nail olub”. 

TodayPress xəbər verir ki, bunu NATO-nun Avropadakı keçmiş baş komandanı Ceyms Stavridis deyib.

Onun fikrincə, HƏMAS qüvvələri ənənəvi mübarizədən tamamilə fərqli bir döyüş meydanı yaratmağı bacarıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı sənədlərə görə, HƏMAS “tunel müharibəsi” imkanlarını maksimum dərəcədə artırmağa çalışıb. Qrup gecəgörmə avadanlığı, saniyəölçənlər, GPS izləyiciləri və mürəkkəb kamuflyajdan istifadə etməklə qoşunlara yeraltı döyüşlərdə təlim keçib və qapılara partlayıcılar quraşdırıb.

Stavridis bildirib ki, bu gün müharibə üçün nəzərdə tutulmuş ən mürəkkəb tunel sistemi Şimali Koreyada yerləşir.

Töhfə Səməd

tag: HƏMAS, NATO, GPS, İsrail, Müdafiə Qüvvələri ,Şimali Koreya, todaypress.az,