HƏMAS Yaffa hücumuna görə məsuliyyəti öz üzərinə götürdü
Dünya
02.10.2024 22:18
HƏMAS hərəkatının hərbi
qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 1-də Tel-Əvivin Yəffa
bölgəsinin cənubunda baş verən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
TodayPress xəbər verir ki, müvafiq bəyanat hərəkatın “Telegram” kanalında
yerləşdirilib.
“İzzəddin Əl-Qəssam Briqadaları Yaffa əməliyyatının Hebron
şəhərindən olan iki döyüşçümüz tərəfindən həyata keçirildiyini təsdiqləyir” məlumatda
bildirilir.
Hərəkat həmçinin yaxın bir neçə gün ərzində İsraildə yeni
hücumların baş verəcəyini də istisna etməyib.
tag: HƏMAS, Yaffa, Hebron, İzzəddin, todaypress.az,