HƏMAS və Misir nümayəndələri mərhələli atəşkəsə ilkin razılığı bildirdilər
Dünya
07.07.2024 00:57
HƏMAS və Misir nümayəndələri
Qəzza zolağında ABŞ Prezidenti Cozef Baydenin səsləndirdiyi mərhələli atəşkəsə ilkin razılığı bildiriblər.
TodayPress xəbər verir
ki, bu barədə “Associated Press” agentliyinə anonimlik şərtilə məlumat verilib.
"Vaşinqtonun
formulasına dair mərhələli razılaşma, bir neçə yüz fələstinli məhbusun sərbəst
buraxılması müqabilində qadınlar, yaşlılar və yaralılar da daxil olmaqla bir
sıra girovların sərbəst buraxılmasına imkan verəcək altı həftəlik tam atəşkəsi əhatə
edəcək" mənbə deyib.
Məlumata görə, birinci
mərhələdə İsrailin Silahlı Qüvvələri Qəzza zolağının sıx məskunlaşdığı ərazilərdən
qoşunlarını çıxarmalı, həmçinin cənuba köçürülən şəxslərin evlərinə qayıtmasına
icazə verməli olacaq.
Əməliyyatın ilk mərhələsinin
həyata keçirilməsinin mümkün olacağı bildirilir, çünki HƏMAS İsrail Ordusunun Qəzzadan
tam çıxarılması tələblərindən imtina edib.
HƏMAS və İsrail nümayəndələrinin altı həftə ərzində sazişin ikinci mərhələsinin şərtləri ilə bağlı danışıqları davam etdirmələri gözlənilir.
tag: todaypress.az, HƏMAS, Misir, Atəşkəs, İsrail,