HƏMAS və İsrail bir-birini atəşkəsi gecikdirməkdə günahlandırır
Dünya
26.12.2024 12:23
Fələstinin HƏMAS qruplaşması ilə İsrail son günlər irəliləyiş olmasına baxmayaraq, atəşkəs razılaşmasının hələ də əldə olunmamasına görə bir-birini ittiham ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazıb.
HƏMAS İsraili əlavə şərtlər irəli sürməkdə, İsrailin Baş naziri Benyamin Netanyahu isə qrupu artıq əldə edilmiş razılaşmalardan boyun qaçırmaqda ittiham edib.
“İsrail tərəfi qoşunların çıxarılması, atəşkəs, məhbuslar və köçkünlərin geri qaytarılması ilə bağlı yeni şərtlər irəli sürüb ki, bu da əldə edilmiş razılaşmanın əldə olunmasını gecikdirib” HƏMAS qruplaşması bildirib.
Buna cavab olaraq Netanyahu açıqlamasında “HƏMAS artıq əldə edilmiş razılaşmalardan imtina edir, yalan danışmağa və danışıqlarda çətinliklər yaratmağa davam edir” bildirib.
Bununla belə, o əlavə edib ki, İsrail girovların qaytarılması üçün səylərini davam etdirəcək.
Günəş Mərd
tag: İsrail, HƏMAS, Qruplaşma ,Günahlandırma ,todaypress.az,