HƏMAS və İsrail arasındakı sazişin imzalanma tarixi açıqlandı

Dünya

15.01.2025 18:43

HƏMAS-la İsrail atəşkəs və Qəzza zolağında girovların azad edilməsinə dair saziş layihəsini bu həftə qəbul edə bilər. 

TodayPress xəbər verir ki, bu barədə “CBS” öz mənbələrinə istinadən məlumat yayıb. 

“Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı saziş layihəsi demək olar ki, razılaşdırılıb. Hər şey yaxşı olarsa, HƏMAS və İsrail arasında yekun razılaşmanın bu həftə əldə olunması gözlənilir” telekanal ərəb, amerikalı və İsrail rəsmilərinin sözlərinə istinad gətirib.

Bundan əvvəl HƏMAS bildirmişdi ki, atəşkəs və Qəzza zolağında girovların azad edilməsi üzrə danışıqlar yekun mərhələdədir və razılıq əldə etməyə yaxındır. Hərəkat rəhbərliyinin sözlərinə görə, Qətərdəki məsləhətləşmələr sayəsində müəyyən irəliləyiş əldə edilib.

Yanvarın 13-də Qətər yekun saziş layihəsini İsrail və HƏMAS-a təhvil verib. Rəsminin sözlərinə görə, İsrail kəşfiyyatının rəhbəri, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi və Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani arasında keçirilən görüşdən sonra Doha danışıqlarında irəliləyiş əldə edilib.

Töhfə Səməd

tag: HƏMAS, İsrail,Saziş ,Tarix ,todaypress.az,