HƏMAS Trampın müharibələri dayandırmaq istəyinə cavab verdi
“Respublikaçı Donald Tramp keçmişdə dəfələrlə bəyan etdiyi kimi, Yaxın Şərqdəki münaqişəni bir neçə gün ərzində dayandırıb qurtara biləcəyini sınaqdan keçirməli olacaq”.
TodayPress xəbər verir ki, bunu HƏMAS hərəkatının sözçüsü Sami Əbu Zuhri “Reuters”ə bildirib.
“Demokratlar Partiyanın məğlubiyyəti onun rəhbərliyinin Qəzza məsələsində cinayətkar mövqeyinə görə baş verdi. Biz Donald Trampı Cozef Baydenin səhvlərindən dərs almağa çağırırıq” deyə sözçü əlavə edib.
Qeyd edək ki, noyabrın 5-də Donald Tramp bir daha söz verib ki, prezident seçkilərində qalib gəlsə, Ukraynada müharibənin dayandırılmasına nail olacaq və üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alacaq.
Günəş Mərd
tag: HƏMAS, Tramp,Sami Əbu Zuhri ,Ukrayna, Qəzza, todaypress.az,