HƏMAS Təl-Əvivi raket atəşinə tutub

Dünya

26.05.2024 16:25

Təl-Əviv raket atəşinə tutulub. 

Son 6 ayda ilk dəfə HƏMAS Qəzza zolağından Təl-Əvivə raket zərbəsi endirib. Qruplaşma İsrail Ordusunun mülki şəxslərə qarşı əməliyyatına cavab olaraq Təl-Əvivə zərbə endirdiyini açıqlayıb.

Raketlər Rəfah şəhərindən buraxılıb. Ümumilikdə Təl-Əvivə 10 raket atılıb.

tag: Dünyaxəbərləri, todaypress.az,