HƏMAS rəsmisi: HƏMAS Qəzzada dərhal atəşkəsə hazırdır

Dünya

15.11.2024 04:45

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında dərhal atəşkəsə hazırdır, lakin İsraildən aylardır ki, ciddi bir təklif almayıb.

TodayPress xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək rütbəli rəsmisi Basem Naim “Sky News” a müsahibəsində deyib.

Naim  bldirib ki, HƏMAS bu müharibəni bitirmək üçün dərhal atəşkəs əldə etməyə, ciddi əsir mübadiləsinə getməyə hazırdır.

O, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan danışarkən bunu “müdafiə aktı” kimi qiymətləndirib

Naim həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qəzzada müharibəni dayandırmaq üçün lazım olan addımları atacağına ümid etdiyini bildirib.

Aynur TAC

tag: HƏMAS, İsrail, Müharibə, Fələstin, Hücum, tdaypress.az,