HƏMAS Qəzzada atəşkəslə bağlı son təşəbbüsə müsbət cavab verdi

Dünya

05.07.2024 11:06

İsrail və HƏMAS Qəzza zolağında atəşkəsə nail ola bilər. 

TodayPress xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

HƏMAS-ın Milli Əlaqələr Departamentinin rəhbəri Əli Bereke bildirib ki, hərəkat Qəzzada atəşkəsə zəmanət verən razılaşma əldə etmək cəhdinə “müsbət” cavab verib və vasitəçilərə Fələstin xalqının tələblərini reallaşdıracaq istənilən təşəbbüsü dəstəklədiyini bildirib.

Qeyd edək ki, bir müddət öncə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi və İsrail kəşfiyyatı MOSSAD birgə bəyanat yayaraq, İsrail tərəfinin vasitəçilərin təşəbbüsü ilə HƏMAS nümayəndələrindən girovların qaytarılması ilə bağlı cavab aldıqlarını açıqlayıb.

Töhfə Səməd

tag: HƏMAS, Qəzza, Atəşkəs, İsrail, BinyaminNetanyahu, todaypress.az,