HƏMAS Qəzzada atəşkəs danışıqlarını “blef” adlandırdı

Dünya

20.08.2024 10:12

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Qəzza zolağında atəşkəs danışıqlarının yeni mərhələsini “blef” adlandırıb.

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. 

Sinvar hesab edir ki, danışıqların  məqsədi İsrailə hərbi planlarını həyata keçirmək üçün əlavə vaxt qazandırmaqdır. O, İordan çayının qərb sahilindən hücumlar da daxil olmaqla, münaqişənin coğrafiyasını genişləndirməklə Təl-Əvivə təzyiqi artırmaq niyyətindədir.  

Qeyd edək ki, ötən həftə  Qəzza zolağında atəşkəslə bağlı Qətər, Misir, ABŞ və İsrailin iştirakı ilə Dohada danışıqlar aparılıb. 

Günəş Mərd

tag: HƏMAS, Qəzza, Qətər, Misir, ABŞ, todaypress.az,