HƏMAS Qəzza zolağında atəşkəsə hazır olduğunu açıqladı

Dünya

27.11.2024 11:58

HƏMAS hərəkatı Livan və İsrail arasında atəşkəs elan edildikdən sonra Qəzza zolağında atəşi dayandırmağa hazırdır. 

TodayPress xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

"HƏMAS atəşkəs razılaşmasına və əsirlərin mübadiləsinə dair ciddi razılaşmaya hazırdır" qrupun sözçüsü agentliyə bildirib.

Qeyd edək ki, noyabrın 27-də İsrail Müdafiə Qüvvələri ilə Livanın “Hizbullah” hərəkatı arasında bir gün əvvəl imzalanmış atəşkəs razılaşması  qüvvəyə minib.

Günəş Mərd

tag: HƏMAS, Qəzza, Livan, Hizbullah, todaypress.az,