HƏMAS Qəzza sektoruna nəzarətdən imtina etməyə hazırdır

Dünya

21.04.2025 18:12

6

Fələstinin HƏMAS hərəkatı münaqişənin həllindən sonra Qəzza sektoruna nəzarətdən imtina etməyə hazır olduğunu bildirib.

TodayPress xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb. 

Hərəkatın silahlı qanadı tərəfindən Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman vasitəsilə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffa çatdırılan mesajda deyilir.

“HƏMAS, həmçinin İsraillə uzunmüddətli atəşkəsə və müharibəni sona çatdıracaq razılaşmanın bir hissəsi kimi bütün əsirləri azad etməyə hazır olduğunu bildirib” deyə məlumatda qeyd olunur.

tag: HƏMAS,Qəzza,İsrail,ABŞ,Todaypress.az,