HƏMAS Qahirəyə nümayəndə heyəti göndərəcək
Dünya
24.08.2024 14:20
Fələstinin HƏMAS hərəkatı Qahirəyə nümayəndə heyəti göndərəcəyini təsdiqləsə də, Qəzzada atəşkəs danışıqlarında birbaşa iştirak etməyəcək.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə İzzət ər-Rişq hərəkatının rəsmi nümayəndəsi bildirib.
"Xəlil əl-Heyanın başçılıq etdiyi HƏMAS nümayəndə heyəti Qahirədə keçirilən danışıqların son raundunun nəticələrini nəzərdən keçirmək üçün Qahirəyə gələcək" deyə hərəkatdan bildirilib.
Əlavə olunub ki, hərəkatın nümayəndələri Misir və Qətər vasitəçilərinin dəvəti ilə Qahirəyə səfər edəcəklər.
Günəş Mərd
tag: HƏMAS, İsrail, Ordu, Məlumat, todaypress.az,