HƏMAS ölən girovların görüntülərini yaydı
Dünya
03.09.2024 10:54
HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam" briqadası girovların görüntülərini yayımlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Görüntülərdə ikinci Rusiya vətəndaşlığı olan Aleksandr Lobanov da daxil olmaqla altı israilli əks olunub. Videonun sonunda bildirilib ki, yeni videolar tezliklə yayımlanacaq.
HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Obaidanın sözlərinə görə, girovlarla bağlı briqadaya yeni təlimatlar verilib.
Bundan əvvəl İsrail ordusu HƏMAS-ın hücumu zamanı əsir götürülən bir neçə girovun cəsədini aşkar etmişdi. “Ynet” məhkəmə-tibbi ekspertizanın nəticələrinə istinadən xəbər verir ki, meyitlərin yarılması zamanı baş və bədən nahiyələrində güllə yaralarının izləri aşkar edilib.
Töhfə Səməd
tag: HƏMAS, Rusiya, Qəzza ,Əbu Obaida, Hərbi Qanad, todaypress.az,