“HƏMAS məhv edilməyənə qədər Qəzzada daimi atəşkəs ola bilməz”

Dünya

01.06.2024 17:00

ABŞ Prezidenti Co Baydenin İsrailin Qəzzada atəşkəs üçün üç mərhələli razılaşma təklif etdiyini söyləməsindən sonra yayımladığı ikinci bəyanatında İsrail Baş naziri Benyamin Netanyahu, HƏMAS-ın hərbi və idarəetmə imkanları məhv ediləməyənə qədər Qəzzada daimi atəşkəs olmayacağını bildirib.

TodayPress xəbər verir ki, bu barədə Baş nazirin Ofisinin Netanyahunun adından yayımladığı bəyanatda qeyd olunub.

"İsrailin müharibəni bitirmək üçün şərtləri dəyişməyib: HƏMAS-ın hərbi və idarəetmə imkanlarının məhv edilməsi, bütün girovların azad edilməsi və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək. Bu şərtlər yerinə yetirilməmiş İsrailin daimi atəşkəslə razılaşacağı mümkün deyil" deyə İsrail hökumət başçısı qeyd edib.

tag: Dünya, ABŞ,Co Bayden, HƏMAS, İsrail, todaypress.az,