HƏMAS Livandakı qərargah rəisinin öldüyünü açıqladı
Dünya
30.09.2024 11:45
HƏMAS-ın Livandakı qərargah rəisi Fəth Şərif Əbu əl-Əmin İsrailin ölkənin cənubuna endirdiyi zərbələr nəticəsində həlak olub.
TodayPress xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında yerləşdirilmiş mesajda deyilib.
Hücumun Tir şəhəri yaxınlığında fələstinli qaçqınlar üçün El-Bass düşərgəsində yerləşən Əbu əl-Əminin evinə edildiyi iddia edilir. Onunla birlikdə evdə həyat yoldaşı, oğlu və qızı da olub. Onların da həyatını itirdiyi bildirilib.
Töhfə Səməd
tag: Həmas, Livan ,Əbu Əl-Əmin ,İsrail ,Zərbələr ,todaypress.az,