HƏMAS komandirinin İsrailin zərbələri zamanı öldürüldüyünü təsdiqlədi
Dünya
05.10.2024 07:01
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı
olan “Al-Kassam” briqadaları İsrailin İordan çayının qərb sahilindəki Tulkarm
şəhərində eyniadlı qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində
komandirlərindən birinin öldürüldüyünü təsdiqləyib.
Bu barədə TodayPress xarici mətbuata istinadən xəbər
verir.
Məlumata görə, hərbi qanad itki üçün yas saxlayır. Onlar
həmçinin hava hücumu nəticəsində daha 7 döyüşçünün öldürüldüyünü bildiriblər.
Oktyabrın 4-də İsrailin Müdafiə Ordusu ölkənin Baş
Təhlükəsizlik Xidməti ilə birlikdə HƏMAS-ın Tulkarmdakı qruplaşmasının rəhbəri
Zahi Yasir əl-Razake Ufini öldürüb. İsrail ordusunun verdiyi məlumata görə,
Fələstin “İslami cihad” hərəkatının yüksək vəzifəli üzvü Cit Raduan da İsrailin
hava hücumu nəticəsində həlak olub. İordan çayının qərb sahilində fəaliyyət
göstərən Həmas və İslami Cihad hərəkatlarından ümumilikdə 7 döyüşçü öldürülüb.
tag: HƏMAS, İsrail, Al-Kassam, Döyüş, todaypress.az,