HƏMAS israilli girovu BQXK-ya təhvil verdi

Dünya

30.01.2025 13:00

HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" briqadaları israilli əsir Agam Bergeri Qəzza zolağındakı Cəbaliya düşərgəsində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib. 

TodayPress xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb. 

Telekanalın hadisə yerindən apardığı yayımda Bergerin BQXK-nın avtomobilinə mindiyi göstərilib. 

Digər iki girov isə Qəzza zolağının cənubundakı Xan-Yunisdə təhvil veriləcək. 


tag: HƏMAS,İsrail,Girov,BQXK,Todaypress.az,