HƏMAS İsraillə razılaşmaya açıq olduğunu bildirdi
Dünya
28.10.2024 09:49
HƏMAS-ın yüksək rütbəli rəsmisi Dohada müharibəni dayandırmaq və girovları azad etmək üçün danışıqların davam etdirildiyi bir vaxtda qruplaşmanın Qəzza məsələsində "İsraillə razılaşmaya açıq olduğunu" söyləyib.
TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.
Məlumata görə, Qətərdəki HƏMAS Siyasi Bürosunun üzvü Hussam Badran Şehab razılığın əldə olunmasının mümkünlüyünü təsdiqləyib.
"Tələblərimiz aydındır. Əgər İsrailin baş naziri Benyamin Netanyahu əvvəllər razılaşdırılmış məsələləri yerinə yetirmək öhdəliyi götürərsə, razılaşma əldə oluna bilər" deyə o, bildirib.
Qeyd edək ki, Badranın şərhlərinin Misirin Qəzzada dörd israilli girovu bir neçə fələstinli məhbusla dəyişdirmək üçün iki günlük atəşkəs təklifinə reaksiya olub-olmadığı bəlli deyil.
Töhfə Səməd
tag: HƏMAS, İsrail, Benyamin Netanyahu, Badra, Misir, todaypress.az,