Həmas İsraillə razılaşmadan imtinanın səbəbini açıqladı
Dünya
19.08.2024 09:51
HƏMAS İsraillə atəşkəs və girov mübadiləsinə dair son təklifi rədd edib.
TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
HƏMAS tərəfi bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu danışıqlara xələl gətirmək və Qəzzada münaqişəni uzatmaq üçün yeni şərtlər və tələblər irəli sürür.
İsrailin baş nazirinin müşaviri Dmitri Gendelman Netanyahunun sözlərini “Telegram” kanalında dərc edib:
“Vurğulamaq istəyirəm ki, biz razılaşmır, danışıqlar aparırıq. Buna görə də girovların qaytarılması üçün göstərdiyimiz səylərə baxmayaraq, biz İsrailin təhlükəsizliyi üçün kritik olan prinsiplərə əməl edəcəyik”.
Tərəflər arasında danışıqların pozulması fonunda ABŞ dövlət katibi Antoni Blinken Təl-Əvivə gəlib.
Töhfə Səməd
tag: HƏMAS, İsrail, Girov, Danışıqlar, ABŞ, Antoni Blinken,Benyamin Netanyahu, todaypress.az,