HƏMAS İsraillə əsir mübadiləsi aparacaq

Dünya

06.01.2025 09:00

HƏMAS  İsraillə mübadilə üçün 34 girovun siyahısını təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb. 

“HƏMAS mümkün atəşkəs razılaşması çərçivəsində İsrail tərəfindən mübadilə üçün verilən 34 girovun siyahısını təsdiqləyib” məlumatda qeyd olunub. 

Eyni zamanda, HƏMAS-ın mənbəsi vurğulayıb ki, yekun razılaşmanın əldə olunması İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və daimi atəşkəslə bağlı razılığın əldə olunmasından asılıdır.

Qeyd edək ki, dekabrın 14-də HƏMAS məhbus mübadiləsi razılaşması əldə etmək istədiyini açıqlayıb. 

Xatırladaq ki, əsirlərin mübadiləsi ilə bağlı danışıqlar 2024-cü ilin mayında dayandırılmışdı.

Günəş Mərd

tag: Qəzza ,HƏMAS, İsrail ,Əsir, todaypress.az,